Müdafiə sistemi hüceyrələrindəki seçim

Mikro düşmənlərimiz bədənin özünə aid olmayıb, bir yolla bədənə girən, bu səbəbdən bədəndəki müdafiə ordusunu hərəkətə keçirən mikro canlılardır. Şübhəsiz, bədənə girən hər xarici maddəyə dərhal düşmən münasibəti göstərilməz. Yemək yeyərkən, dərman qəbul edərkən, su içərkən də bədənimizə yad xüsusiyyəti olan maddələr girər. Ancaq bədənimiz bunlarla bir mübarizəyə girməz. Yad bir maddənin müdafiə hüceyrələri tərəfindən düşmən olaraq qəbul edilməsi üçün bəzi şərtlər meydana gəlməlidir: Molekul böyüklüyü, bədəndən atılma sürəti, bədənə daxil olma forması kimi...

T hüceyrələri viruslara və digər mikroblara qarşı immunitet sistemində əsas rolu oynayır. T hüceyrələri düşmən xəbərdarlığını aldıqdan sonra sümük iliyi içərisində hərəkətə başlayarlar. Yetkinləşməmiş olanları timusa yollanar və daha da ixtisaslaşarlar. T hüceyrələri faydalı ola bilmək üçün qəbulediciləri vasitəsi ilə mikroblarla əlaqədar olan antigenlərə əlavə olunmaq məcburiyyətindədir.

İmmunitet sistemində T hüceyrəsi kimi hüceyrələr bir hüceyrənin bədənə aid olub-olmadığını söyləmək üçün tanıyıcı zülallardan istifadə edərlər. Tanıyıcı zülallar isə molekulyar bayraqlar və işarə dirəkləri kimi fəaliyyət göstərərlər. Bunlar hüceyrələrin bir-birlərini tanımalarını və əlaqəyə girmələrini təmin edərlər. Bu zülalların əksərən, şəkərdən meydana gəlmiş olan çubuq bənzəri uzantıları (şəkər ehtiva edən zülal molekulları qlikoproteinlər olaraq bilinir) hüceyrə membranından xarici mühitə tərəf uzanar.

Tanıyıcı zülallar eyni canlı növlərinə aid sperma hüceyrəsinin yumurta hüceyrələrini tanımasına imkan verər; virusların və bakteriyaların keçə biləcəkləri doğru hüceyrələri təyin etmələrini təmin edər və bir hüceyrənin digərinə yapışması üçün sahələr meydana gətirər. Toksinlər hüceyrələri öldürmək üçün tanıyıcı zülallara birləşərlər. Nəql edilən orqanlarda səhv tanıyıcı zülallar olduğu üçün immunitet sistemi təzyiq göstərməyincə orqanizm bu toxumaları rədd edər.

Tanıyıcı zülalların olmaması xərçəngin meydana gəlməsində əsas rol oynayar. Normal olaraq tanıyıcı zülallar sayəsində hüceyrələr arasında meydana gələn əlaqələr hüceyrənin böyüməsini tənzimləyər. Xərçəng hüceyrələri isə şiş və ya metastaz (xərçəng hüceyrələrinin bədənə yayılması) yaratmaq üçün bu yoxlanışları yanıldar. Xərçəng hüceyrələri eyni zamanda digər növ hüceyrələrdə görünən tanıyıcı zülalları da istehsal edə bilər və bu saxta zülalları metastaza kömək edəcək şəkildə istifadə edər.

Eyni zamanda xərçəng hüceyrələrinin özlərinə xas çox az tanıyıcı zülalı vardır, beləliklə immunitet sistemi bunları yox edilməli olan hüceyrələr olaraq müəyyənləşdirə bilməz. Xərçəng tədqiqatlarının əsas hədəfi xərçəng hüceyrələrinə xas tanıyıcı zülalları müəyyən etmək və bunların sayını artırmaqdır. Bunun sayəsində immunitet sistemi şişin yad olduğunu həm təsbit edə, həm də onu məhv edə bilər. Xərçəng hüceyrələrinin tanıyıcı zülallarının quruluşunu bilmək eyni zamanda bu zülallar və müəyyən xərçəng hüceyrələri üçün xüsusi dərmanların hazırlanmasını da mümkün hala gətirər.

 

İmmunitet sistemindəki hüceyrələr arası məlumat mübadiləsi

Hüceyrələr arası məlumat mübadiləsinin ən parlaq nümunələrindən birini də bədənin immunitet sistemində görmək mümkündür. Məsələn, yara kimi bir toxuma zədələnməsi olduqda immunitet sisteminə aid reaksiyalar başlayar. Makrofaq adlı müdafiə hüceyrələri bu yaradan nüfuz edən mikroblara qarşı hücum edə bilmək üçün mümkün olan ən qısa zamanda yer təsbiti edərlər. Bədənin hər gün qarşı-qarşıya qaldığı saysız təhlükəyə müqavimət göstərməsi bunun sayəsində mümkün olar.

Bir hüceyrənin yer təsbiti etməsi, sonra təhlükə meydana gətirən vəziyyəti analiz etməsi, sonra da burada tədbir almaq üzrə lazım olan yerlərə mesajlar göndərməsi son dərəcə şüurlu bir davranışdır. Ancaq ağıl sahibi heç kim bunları hüceyrənin özünün fikirləşdiyini iddia etməyəcək. Bu həyati sistemin təsadüfən bədənimizdə mövcud olduğunu söyləmək isə ağıl və məntiqə ziddir.

Buradakı digər bir əhəmiyyətli xüsus da makrofaqların çoxunun belə bir hücum ilə ilk dəfə qarşılaşmış olmalarıdır. Hər hansı bir təhsildən keçməmiş hüceyrələrin heç bir məlumat sahibi olmadıqları mühitlər qarşısında vəziyyət təsbiti etmələri və nəyin təhlükəli olub, nəyin təhlükəli olmadığını ayırd etmələri şübhəsiz təsadüfən meydana gələ bilməz. Bu mükəmməl sistem Rəhman və Rəhim olan Rəbbimizin böyük bir neməti, eyni zamanda sonsuz elminin bir nümunəsidir. (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Müdafiə Sistemindəki Möcüzə)

 

Plasentanın qida maddələrini seçməsi

Bir sperma tərəfindən mayalanan yumurta hüceyrəsi və ya "ziqot" iki, dörd və sonra səkkiz yerə bölünərək sürətlə böyüməyə başlayar. Bunun üçün çoxlu miqdarda qidaya ehtiyac duyar. Qida maddələrini anadan ala bilmək üçün embrion hüceyrələrindən bir qismi plasenta meydana gətirərlər. Plasenta anayla körpə arasındakı qida, oksigen və digər maddələrin mübadiləsini təmin edən quruluşdur. Plasenta yeni hüceyrə qruplarının, yəni toxumaların yaranması üçün zəruri olan qidaları və oksigeni diqqətlə seçər və bunları körpəyə daşıyarkən tullantı maddələri ayıraraq onları da ananın bədəninə göndərər.
Plasenta hüceyrələrinin körpənin nə vaxt, nəyə ehtiyacı olduğunu anlaması, bu ehtiyaca görə lazım olan tədbirləri alması, lazım olan maddələri seçib lazımsız maddələri körpədən uzaqlaşdırması və bunu heç dayanmadan gecə-gündüz etməsi fövqəladə bir hadisədir. Belə böyük bir məsuliyyəti ən dərin tibb məlumatına sahib bir həkimin belə yerinə yetirməsi mümkün deyil. Ancaq kainatın hər nöqtəsində olduğu kimi, Allah plasenta hüceyrələrini də üstün bir qabiliyyətlə təchiz edərək örnəksiz yaratma gücünü bizlərə göstərmişdir.

Ana bətninin içi dölü qoruyan amnion mayesi ilə örtülüdür. Amnion mayesi olmadan bir körpənin ana bətnində inkişafı mümkün deyil. Bu maye sayəsində həm ana və uşaq bir-birlərindən faydalanarlar, həm də qorunmuş olarlar. 12 həftəlik olduqda dölün öz qan dövranı sistemi inkişaf etmiş olar. Ancaq oksigen və qidaların qəbulu, karbondioksid və tullantıların göndərilməsi üçün hələ də anasından asılıdır. İki qan dövranı sistemi arasındakı mübadilə qanlar bir-birinə qarışmadan reallaşmalıdır, yoxsa nəticə ölümcül ola bilər.

Plasenta ana və dölə aid iki qan dövranı sistemini qüsursuzca ayırar. Qazlar, qida maddələri və tullantılar ana və dölün qanları arasında mübadilə edilər. Lakin amnion mayesi və müstəqil qan dövranı sistemindən ibarət olan bu fiziki sədlər körpənin həyatda qalması üçün kifayət deyildir. Bunlar ancaq qismən müvəffəqiyyətli ola bilər.

"Plasenta"-nın quruluşuna daha yaxından baxdıqda bu divarı meydana gətirən trofoblast hüceyrələrinin qan üçün xüsusi olaraq hazırlanmış bir sədd meydana gətirdikləri görünür. Embrion ananın toxumaları ilə çox yaxın bir əlaqə içindədir. Bir tərəfdən anadan gələn qanın içindəki maddələrlə qidalanarkən, bir yandan da ananın müdafiə hüceyrələrinin təhdidi altındadır. Çünki embrion ananın bədənində düşmən olaraq qəbul edilə biləcək xarici bir maddə kimidir. Bu səbəbdən, qidalarla birlikdə ana qanındakı müdafiə hüceyrələrinin embriona çatmaması son dərəcə əhəmiyyətlidir. Ancaq plasenta ananın qanında olan müdafiə hüceyrələrinin embrionun tərəfinə keçməsinə maneə törədən xüsusi bir quruluşa malikdir. Ananın qanından alınan oksigen, qida maddələri və minerallar bu incə aralıqlardan keçərək embriona çatar. Amma müdafiə hüceyrələri daha böyük olduqları üçün bu aralıqlardan keçməyi bacara bilməzlər.
Yaxşı, plasenta hüceyrələri körpənin ananın qanındakı bu maddələrə ehtiyacı olduğunu haradan bilər? Ananın qanından bu maddələri necə seçib ayırd edər? Körpənin müdafiə hüceyrələrindən qorunmalı olduğunu haradan bilər və necə olar ki, bunların keçməsinə maneə törədəcək bir quruluş meydana gətirər? Aydındır ki, ananın bətnindəki körpə xüsusi olaraq qorunar. Allahın ilhamıyla plasenta hüceyrələri də bu vəzifəni öhdələrinə götürmüşlər.

 

Həyat qurtarmaq üçün ölməyi seçən makrofaqlar

Hər hansı bir yerinizi kəsdiyiniz vaxt sizi istilaçı bakteriyalardan qorumaq üçün ağ qan hüceyrələri özlərini fəda edərlər. Özlərini yox edən bu makrofaqlar sürətlə və çoxlu miqdarda həyəcan verici kimyəvi maddələr ifraz edərək müdafiə sisteminə dəstək çağırışı edərlər.
İmmunitet sistemi mütəxəssisləri makrofaqların təcavüzkarları necə tanıdığını illərdir araşdırır. New York Universiteti Tibb Məktəbindən Arturo Zychlinsky və iş yoldaşları bunun sirrinin bakteriya hüceyrələrinin membranında olan lipoproteinlər olduğunu söyləyirlər. Arturo Zychlinksy makrofaqları bakteriya lipoproteinləri ilə müqayisə etdikdə müdafiə hüceyrələrinin membranlarında bu lipoproteinləri tanıyan "ölüm qəbulediciləri" olduğunu kəşf etdi. Bunlar bir qəbulediciyə bağlandıqda hüceyrə daxilində dərhal bir intihar təlimatı verilər və proqramlaşdırılmış hüceyrə ölümü reallaşar. Bu qəbuledicilər, hüceyrə özünü yox etmədən əvvəl müxtəlif ara siqnallar verər. Bu ölüm qəbuledicisi sürətlə intihara gedər və bakteriya yerləşmədən əvvəl infeksiyanı sürətləndirər.

İntihar edən hüceyrələrin tullantıları isə dərhal ətrafdakı digər hüceyrələr tərəfindən yox edilər. Daha da heyranedici olan isə, ölü hüceyrələrin hamısının digər hüceyrələr tərəfindən təmizlənməməsidir. Göz bülluru, dəri, dırnaq kimi toxumalar da ölü hüceyrələrdən meydana gələr, amma bunlar orqanizm üçün lazım olduğu üçün yox edilməzlər. Bəzi ölü hüceyrələr xüsusilə saxlanılar, çünki bunların bədəndəki vəzifələri hələ bitməmişdir. Hüceyrələrin hansı ölü hüceyrələri yox edərək hansılarını saxlayacaqlarına qərar vermələri və bu qərara bədəndəki trilyonlarca hüceyrənin uyğunluq göstərməsi, üzərində düşünülməli olan çox əhəmiyyətli bir mövzudur.

Bir hüceyrəyə bu cür həyati bir qərarı verəcək və tətbiq edəcək şüuru qazandıran nədir? Bu sualın cavabı bütün hüceyrələrin canlının həyatını davam etdirə bilməsi üçün ən ideal şəkildə proqramlaşdırılmış olmasıdır. Bu proqramın sahibi isə heç şübhəsiz canlılığın hər incəliyində bənzərsiz yaratmasını və sonsuz elmini gördüyümüz Rəbbimizdir.

 

Ölü hüceyrələrin və zərərli maddələrin seçilib atılması

Hüceyrələrin çox yaxşı təmizlənməsi -faydası olmayan, hətta zərəri olan zülalların seçilməsi, ayırd edilməsi və təmizlənməsi- lazımdır. Məsələn, hüceyrələrin bölünməni dayandırmaları lazımdırsa, bu bölünməni hərəkətə gətirən zülalları məhv etmək lazımdır. Əgər bunu edə bilməzlərsə, nəzarətsiz hüceyrə bölünməsi xərçəngə yol açar. Bu, doğru zülalların doğru zamanda təmizlənməsini tələb edir. Bu proses dölün inkişaf müddətindən müdafiə sisteminin mikroblara qarşı aparacağı müdafiəyə qədər hər sahədə çox əhəmiyyətlidir. Həmçinin, demək olar ki, bədənin hər yerində zülal pozulması baş verir ki, bu pozulmuş zülalların da təmizlənməsi lazımdır.

Bioloqlar qəza keçirən zülallarda müəyyən fərqləndirici formaya sahib olan ciblər meydana gəldiyini təsbit etdilər. On ildən çoxdur ki, zülalların parçalanmasının hüceyrənin həyat dövründə həyati bir rol oynadığı məlumdur.

Bir hüceyrə hər hansı bir zülalı yox etməyə qərar verdikdə, bunu ubiquitin deyilən kiçik bir molekul ilə işarələyər. Hüceyrə mexanizmi daha sonra bu işarələnən zülalı ehtiyata alar və parçalara ayırar. Yanlış zülalların işarələnməsinin qarşısını almaq üçün ubiquitini doğru hədəfə çatdırana qədər müşayiət edər. Bu işarə yapışdırıldıqdan sonra hədəf məhv edilər: Artıq geriyə dönüş yoxdur. Doğru zülalların doğru zamanda yox edildiyindən əmin olmaq üçün hüceyrələr fərqli fermentlərdən istifadə edər.

Bir zülalın zədələnmiş bir quruluşa sahib olduğuna və ya hüceyrəyə zərərli cəhətləri olduğuna kim, necə qərar verir? Bu zülalların təmizlənməsi əmrini verən şüur ​​kimə aiddir? Bu qərara əməl etmədikdə hüceyrə üçün təhlükəli nəticələr doğura biləcəyi necə bilinir? Hüceyrə heç bir səhv olmaması üçün zülalları işarələməyi haradan bilir? Bütün bu sualların cavabı olan üstün ağıl, göyləri və yeri yaradan Rəbbimizə aiddir.

Bənzər saytlar