Bədənimizi əhatə edən miniatür fabrik: Hüceyrə

İnsan bədənini meydana gətirən 100 trilyona yaxın hüceyrə heç dayanmadan və yorulub fasilə vermədən saysız fəaliyyət həyata keçirir. Orqanların və toxumaların vəzifələrini yerinə yetirə bilmələri, insanın gündəlik həyatını davam etdirə bilməsi, bu hüceyrələrin hər birinin vəzifəsini əskiksiz yerinə yetirməsi və tam bir uyğunluq içində işləməsi ilə mümkündür.

Hər canlının yaşaya bilməsi üçün enerjiyə və buna görə də qidaya ehtiyacı olduğu kimi, hüceyrə də saysız funksiyasını reallaşdıra bilmək üçün müxtəlif qida maddələrinə ehtiyac duyar. Necə ki, bir fabrikdə istehsal zamanı istifadə ediləcək xammallar içəriyə alınır, lazım olduqda anbara vurulur və istehsaldan sonrakı tullantılar isə fabrikdən kənara çıxarılır və ya məhv edilirsə, hüceyrədə də çox mürəkkəb bir istehsal prosesi, saxlama və təmizlənmə sistemi işləyir. Hüceyrə içinə qəbul edilən xammallar, müxtəlif üzvi molekullar, minerallar və ya metallardır. Bunlar hüceyrə içində müxtəlif molekulların istehsalı üçün istifadə edilərkən, tullantılar hüceyrə xaricinə göndərilər ya da hüceyrə içində məhv edilərlər. Həmçinin, eynilə fabrikin istehsalı həyata keçirmək üçün elektrik və digər enerji növlərinə ehtiyac duyması kimi, hüceyrə də daxilindəki enerji istehsalı sayəsində fəaliyyətlərini həyata keçirir.

Digər tərəfdən fabrikə qəbul ediləcək xammalların texniki xüsusiyyətlərinin qabaqcadan məlum olan şərtlərə görə təyin olunması kimi, hüceyrə də içinə qəbul edəcəyi maddələri xüsusi ön şərtlərə görə təyin edər. Hüceyrə içinə girən maddələr təsadüfi olaraq içəri qəbul edilməz. Bu maddələr daha əvvəldən tanınırmışcasına hüceyrə membranında kimlik təsbitinə tabe olarlar. Yalnız içəri girməsində heç bir qorxu görülməyən maddələr üçün hər zaman açıq olan qapılar vardır. Hüceyrənin içinə qəbulu təhlükəli olma ehtimalı olan digər maddələr isə, barmaq izi yoxlanışını xatırladan dəqiqliklə ələnər. Hüceyrə girişində bu materialların doğruluğunun yoxlanılması, təsdiq edilməsi həyati dərəcədə əhəmiyyət daşıyır. Çünki bu cür möhkəm tutulan təhlükəsizlik tədbiri sayəsində, hüceyrəyə kənardan daxil olan hər hansı bir virus, bakteriya və ya zəhərli maddənin zərər vermə riskinin qarşısı alınmış olar. Bu əhəmiyyətli məsuliyyəti  çox nazik bir membran öz üzərinə götürmüşdür.

Bədənimizi meydana gətirən trilyonlarla hüceyrənin hər biri bu şüurla hərəkət edər və hər hüceyrə membranı da özünə düşən iş bölgüsündə bu həssas seçim mexanizmini icra edər. İnsanın isə belə bir seçmə əməliyyatını yerinə yetirməsi bir yana, heç bədənində bu cür fövqəladə bir əməliyyatın yerinə yetirildiyini fərq etməsindən belə söhbət gedə bilməz. İnsanın göstərə bilmədiyi bir şüurun hüceyrə membranında ortaya çıxması, daha əvvəl də açıqladığımız kimi, bu şüurun əslində hüceyrədən deyil, onu yaradan Allahın elmindən qaynaqlandığını göstərir. Hər bir hüceyrə Allahın əmri ilə bizim üçün vəzifələrini qüsursuz yerinə yetirir.

Hüceyrə membranının nöqsansız yerinə yetirdiyi şüur və ağıl tələb edən bu vəzifələrin hər hansısa birini insanın təyin etməsi, öz ağıl və iradəsi ilə yerinə yetirməsi, ya da nəzarət etməsi mümkün deyil. İnsan bədənindəki hüceyrələrin sayı Süd yolu qalaktikasındakı ulduzların sayının üç qatı qədər olub astronomik bir rəqəmdir. Bu vəzifənin bütün hüceyrələr üçün hər an hər saniyə, gecə-gündüz və heç səhv etmədən yerinə yetirməli olduğu düşünülsə, nazik hüceyrə pərdələrinin nə cür çətin bir vəzifəni həyata keçirdiyi daha yaxşı aydın olacaq.

Burada əhəmiyyətli bir nöqtəni xatırlatmaqda fayda vardır: Kitab boyunca işlətdiyimiz sözlər həmişə ağıl, şüur, təfəkkür sahibi olan bir insanın fəaliyyətlərindən bəhs edilərkən istifadə edilən sözlərdir. Ancaq bəhsi keçən hərəkətlər, şüursuz atomlardan ibarət olan yağ və zülal təbəqəsinin, yəni hüceyrə membranının etdiklərini təsvir etmək üçün istifadə olunur. Əlbəttə ki, bu hərəkətləri şüursuz atomlardan ibarət olan nazik bir pərdənin öz-özünə bu vəzifəni öhdəsinə götürməsi və bu vəzifələri qüsursuzca yerinə yetirməsi mümkün deyil.
 

Ağıl və vicdan sahibi hər kəsin təqdir edəcəyi kimi Allah hüceyrə membranı nümunəsiylə insanlara canlılıq üzərindəki sonsuz hakimiyyətini göstərir. Hüceyrədə gördüyümüz ağıl, Allahın sonsuz ağlının bir təcəllisidir. Bir Quran ayəsində bildirildiyi kimi, "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir". (Nisa surəsi, 126)

Üstəlik, hüceyrə membranı hüceyrənin mürəkkəb quruluşlarından yalnızca biridir. Hüceyrə membranının quruluşu və əhəmiyyəti ilə əlaqədar təfərrüata girmədən əvvəl, hüceyrənin reduksionizm kompleks quruluşu haqqında qısa bir məlumat verək. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, “Hüceyrədəki Möcüzə”)

Bənzər saytlar